52 nəfərin Ağbulaq İstirahət Mərkəzində iki günlük istirahəti təşkil olunub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, fevral 15-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının ittifaq üzvlərindən növbəti 52 nəfərin Ağbulaq İstirahət Mərkəzində iki günlük istirahəti təşkil olunub.
Proqram çərçivəsində onlar gündə 3 dəfə dadlı təamlardan, xizək meydançasından, kanat xəttindən, və yaradılan bütün şəraitlərdən faydalanaraq vaxtlarını səmərəli keçiriblər. İttifaq üzvlərinin istirahətlərinin xoş keçməsi üçün maraqlı intellektual bilik yarışı, şahmat, tennis və digər əyləncəli oyunlar da təşkil edilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının ittifaq üzvləri aldıqları yollayışların dəyərinin cəmi 15%-ni ödəməklə həftənin şənbə və bazar günləri Ağbulaq İstirahət Mərkəzində maraqlı və yaddaqalan həftəsonu keçirə bilərlər.