Nəsimiyə həsr edilən bədii qiraət müsabiqəsi keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə gənclər arasında “Poeziyamızın fatehi” adlı bədii qiraət müsabiqəsi keçirilib.
Müsabiqə Azərbaycan poeziyasının və fəlsəfi düşüncəsinin dahisi bu il 650 illiyi qeyd edilən İmadəddin Nəsiminin yaradıcılığına həsr edilib.
Tədbirdə çıxış edənlər 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edildiyini diqqətə çatdırıb, bu sahədə həyata keçirilən tədbirlərdən danışıblar.
Sonra müsabiqəyə start verilib. Gənclər görkəmli şairin “Sığmazam”, “Hardasan”, “Etmə gil”, “Yanaram”, “İstəmə”, “Kimə nə” və digər qəzəllərini səsləndiriblər.
Münsiflər heyətinin qərarı ilə Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Aytac Əliyeva 3-cü, Naxçıvan Dövlət Universitetinin tələbəsi Gülay Tahirli 2-ci, həmin universitetin tələbəsi Qızbəsti Quliyeva 1-ci yerlərə layiq görülüblər.
Turab Hacızadə