Türk ekspertlər: ASALA terror təşkilatını təmizə çıxarmaq cəhdi pisniyyətli addımdır

A- A A+

Türkiyədəki erməni icmasına yaxın mediada ermənilərin qanlı cinayətlərini terror adlandırmaqdan imtina edən dairələr ASALA terrorçularını təmizə çıxarmağa çalışırlar. Ohanes Kılıçdağının fevralın 14-də Türkiyədə ermənilər tərəfindən nəşr olunan “Aqos” qəzetində dərc edilmiş məqaləsi bunun bariz nümunəsidir.

NUHÇIXAN xəbər verir ki, Ankara Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) analitikləri Tuğçe Tecimer və Selenay Erva Yalçın 1982-ci ildə Ankara hava limanına hücumda iştirak edən ASALA silahlıları Zohrab Sarkisyan və Levon Ekmekciyanın terrorçu adlandırıla bilməyəcəyini iddia edən nəşrin müəllifinin mövqeyi ilə bağlı qəzəblərini ifadə ediblər.

AVİM ekspertləri qeyd ediblər: “Bütün parametrlər üzrə paytaxtın hava limanında mülki şəxslərin vəhşicəsinə qətlə yetirilməsi terror aktıdır. Tarixi reallıqları şübhə altına almaq və bununla da qanlı cinayətə bəraət qazandırmaq cəhdi pisniyyətli addımdır”.

Analitiklər qeyd ediblər ki, məqalənin müəllifinin ASALA yaraqlılarını bilərəkdən terrorçu adlandırmaqdan imtina etməsi, ən yumşaq təbirlə desək, O.Kılıçdağının özünün savadsızlığından və məlumatsızlığından xəbər verir.

Tecimer və Yalçın türk xalqının öz tarixini çox yaxşı bildiyini vurğulayıblar. Üstəlik, sadə vətəndaşların hadisələrə baxışı təkcə arxiv sənədlərinə və ya dövlətin rəsmi mövqeyinə deyil, həm də nəsildən-nəslə ötürülən əcdadların hekayətlərinə əsaslanaraq formalaşır. Ankara mərkəzinin analitikləri deyirlər: “Bu gün də Şərqi Anadoluda erməni quldur dəstələrinin vəhşilikləri və dinc əhaliyə divan tutması, bütün kəndləri yerlə-yeksan etməsi barədə hekayələr danışılır.

AVİM ekspertləri sözlərinə yekun vurublar: “Təəssüf ki, “Aqos”un qurucusu Hrant Dinkin ölümündən sonra qəzet daşnakların mövqeyindən çıxış edərək türk xalqına qarşı açıq-aşkar düşmənçilik kursu götürdü. Nəşrin bu siyasəti əvvəllər çoxsaylı məqalələrdə də qeyd olunub”.

1982-ci il avqustun 7-də ASALA terrorçularının Türkiyə paytaxtının hava limanına hücumu nəticəsində 9 nəfər həlak olub, 72 nəfər yaralanıb. Zohrab Sarkisyan və Levon Ekmekçiyan əvvəlcə qeydiyyatdan keçən sərnişin izdihamının içərisində bomba partladıb, daha sonra atıcı silahlarla insanlara atəş açıblar. Bundan sonra erməni terrorçuları 20 nəfəri girov götürərək hava limanının yeməkxanasına giriblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə atışma zamanı Sarkisyan öldürülüb, Ekmekçiyan isə yaxalanaraq məhkəmə qarşısına çıxarılıb.

Levon Ekmekçiyana qarşı çıxarılan edam hökmü 28 yanvar 1983-cü il tarixində Türkiyə Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Bu ədalətli hökm yerinə yetirilib və terrorçunun nəşi yalnız 32 ildən sonra yaxınlarına təhvil verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: