Babək rayonunda kütləvi qida zəhərlənməsi baş vermiş dönərxananın fəaliyyəti məhdudlaşdırılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Babək rayonu Nehrəm qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Mehralıbəyli Mehri Zihralı oğluna məxsus dönərxanada Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. 

Yoxlama zamanı dönərxanada normativ tələblərin pozulduğu məlum olub. Belə ki, məhsulların müvafiq temperaturda saxlanması və emalı üçün şəraitin təmin edilmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, işçilərin tibbi müayinədən keçmədiyi və şəxsi gigiyena qaydalarına əməl etmədiyi, qida məhsulları ilə təmasda olan səthlərin normativ tələblərə uyğun olmadığı və digər nöqsanlar aşkar edilib. 

Yoxlama zamanı müvafiq müşayiətedici sənədləri olmayan ayran, yararlılıq müddəti bitmiş 10 kq bibər turşusu, kustar üsul ilə hazırlanmış xiyar turşusu aşkarlanıb. 

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilmiş və dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: