Ötən il Naxçıvanda 448 yanğın hadisəsi olub, 21 hərbi sursat tapılıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində 2024-cü ilin yekunları və 2025-ci ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan Kollegiya iclası keçirilib
İclas Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Fövqəladə hallar naziri general-mayor Şahin Mirzəyevin sədrliyi ilə keçirilən iclasda Nazirliyin struktur qurumların və bölmələrin rəhbərləri iştirak ediblər.
İclasda ilk olaraq Şahin Mirzəyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı ilə həyata keçirilən tədbirlər nəticəsində muxtar respublikada əldə olunan uğurları diqqətə çatdırıb. Sonra nazir Fövqəladə Hallar Nazirliyinin əhali və ərazilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində 2024-cü il ərzindəki fəaliyyəti barədə danışıb.
Qeyd olunub ki, ötən il ərzində nazirlik sistemində kadr potensialının və maddi texniki bazanın gücləndirilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilib.
Bildirilib ki, “112” qаynаr telefon хəttinə 111 min 955 zəng dахil оlub. Nazirliyin aidiyyəti qurumları tərəfindən 448 yanğın hadisəsinə çıxışlar olub və yanğın hadisələrinin qarşısının çevik alınaraq yayılıb ağır fəsadlarla nəticələnməsinə imkan verilməyib.
Həmçinin, 34 bağlı qapı arxasında köməksiz vəziyyətdə qalma, 10 yol nəqliyyat, 3 civə dağılması və 5 digər hadisələrlə bağlı qəza-xilasetmə əməliyyatları həyata keçirilib, aşkar edilən 21 hərbi sursat pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazilərdən götürülərək kənarlaşdırılıb. İntensiv yağışlar səbəbindən fərdi yaşayış evlərinin və həyətyanı sahələrin su basması ilə əlaqədar 46 məlumat daxil olub, Nazirliyin qüvvələri həmin ərazilərə cəlb olunaraq yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib.
Uzunoba çimərliyində 8 min 662 nəfər vətəndaşın təhlükəsiz istirahəti təmin olunub, çimərlik ərazisində suda boğulma təhlükəsi ilə üzləşən 6 vətəndaş xilasedicilər tərəfindən xilas edilərək ilkin tibbi yardım göstərilib.
Yanğın təhlükəsizliyinin etibarlı təmin olunması və yanğına qarşı vəziyyətin yaxşılaşdırılması məqsədilə 3159 diqqətli və nəzəri yoxlamalar aparılıb, 155 təhlükə pоtеnsiallı оbyеktdə texniki təhlükəsizliyə əməl olunması məqsədilə baxış kеçirib, prоfilaktiki tədbirlər görülüb.
Qurğuların saz vəziyyətdə saxlanılması və təhlükəsiz istismar edilməsi üçün ümumilikdə 637 müxtəlif növ qurğulara nəzarət tədbirləri həyata keçirilib.
108 qeyri-yaşayış obyektinə baxış keçirilərək texniki təhlükəsizlik baxımından rəy verilib, 133 təhlükə potensiallı obyektdə mühafizə işinin təşkili yoxlanılıb.
Radiasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə baxış-yоxlama aparılıb, aşkar edilən nöqsanların aradan qaldırılması təmin edilib.
109 qeyri-yaşayış obyekti və 258 fərdi yaşayış evinə dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı təqdim olunan layihə sənədlərinə müvafiq qaydada baxılıb, müxtəlif tikinti obyektlərində 1591 nəzarət funksiyası həyata keçirilib.
İl ərzində Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə 22 min 183 nəfərin iştirakı ilə silsilə maarifləndirici tədbirlər və seminar-müşavirə keçirilib.
Nazir onu da bildirib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq müvafiq işlər görülüb, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi və “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Çıxışının sonunda fövqəladə hallar naziri general-mayor Şahin Mirzəyev bildirib ki, Prezident cənab İlham Əliyevin diqqət və qayğısını hər zaman hiss edən Fövqəladə Hallar Nazirliyinin kollektivi vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması istiqamətində bundan sonra da var gücü ilə çalışacaq, cənab Ali Baş Komandanın bütün əmr və tapşırıqlarını uğurla yerinə yetirəcəkdir.
İclasda xidmətdə fərqlənən əməkdaşların həvəsləndirilməsi tədbirləri haqqında fövqəladə hallar nazirinin əmri barədə də məlumat verilib, bir qrup əməkdaşa təltiflər təqdim edilib.
Daha sonra gündəlikdə duran məsələlər üzrə geniş müzakirə aparılıb, işin keyfiyyətinin daha da artırılması üçün müvafiq tapşırıqlar verilib.