Naxçıvanda “DƏSTƏK” Fondunun Himayəçilik Şurasının təsdiq edilən yeni tərkibdə iclası keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların, şəhid ailələrinin və müharibə veteranlarının təminatına dəstək fondunun -“DƏSTƏK” Fondunun Himayəçilik Şurasının təsdiq edilən yeni tərkibdə iclası keçirilib.

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən iclasda, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə bildirib ki, iclasın gündəliyində “Dəstək’’ Fondunun cari günədək olan fəaliyyətinin təqdimatı, habelə Fondun maliyyə dayanıqlılığının artırılması istiqamətində müzakirələrin aparılması nəzərdə tutulub.

Fərid Bağırzadə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların, şəhid ailələrinin və müharibə veteranlarının təminatına dəstək fondunun –“Dəstək” Fondu Himayəçilik Şurasının tərkibinin təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 31 yanvar 2025-ci il tarixli Sərəncamını diqqətə çatdırıb.

Fondun Himayəçilik Şurasının yaradılmasında əsas məqsəd Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatlar nəticəsində yaralanan şəxslərin, müharibə veteranlarının və şəhid ailələrinin sosial müdafiəsi sahəsində həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsində vətəndaş cəmiyyəti təşəbbüslərinin və bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

İclasda Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Atabəy Məmmədli Fondun cari günədək fəaliyyəti ilə bağlı hesabatı təqdim edib.

Himayəçilik Şurasının üzvlərindən Qəzənfər Abdullayev, İsmayıl Hacıyev, Gülşad Rüstəmova və Aytən Məmmədova çıxış edərək, “Dəstək’’ Fondunun maliyyə dayanıqlılığının artırılması istiqamətində fikir və təkliflərini səsləndiriblər. Fonda ianələrin edilməsi qaydaları və ianə kampaniyaları barədə KİV-də geniş təbliğat işinin aparılması, habelə müvafiq istiqamətdə maarifləndirici videoçarxların, media materiallarının hazırlanması təklif edilib. 

Himayəçilik Şurasının üzvlərinin təklifləri əsasında birgə fikir mübadiləsi aparılıb. Verilən təkliflər əsasında tədbirlər planının hazırlanması qərarlaşdırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: