Naxçıvanda Dövlət Vergi Xidmətinin rəis müavini kollektivə təqdim olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, fevralın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin olunmuş Tural Rasim oğlu Abdulzadə  kollektivə təqdim olunub. 

Yeni rəis müavinini kollektivə  Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov təqdim edib.

Abbas İsmayılov Tural Abdulzadəni yeni təyinat münasibəti ilə təbrik edib, Naxçıvanda vergi sahəsində həyata keçirilən islahatlardan danışıb, müəyyən edilmiş hədəflərə nail olunması istiqamətində görüləcək işlərdə uğurlar arzulayıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun imzaladığı 19 fevral 2025-ci il tarixli Sərəncama əsasən, Tural Rasim oğlu Abdulzadə  MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini təyin olunub. Bununla da Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Tural Abdulzadəyə həvalə edilib. 

Tural Abdulzadə müvafiq vəzifəyə təyin olunanadək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin rəis müavini olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: