Naxçıvanda alimenti qərəzli olaraq ödəməyən şəxs tutularaq istintaqa cəlb edilib

A- A A+

Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunmuş alimenti qərəzli olaraq ödəməyən şəxs barəsində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İstintaq bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə axtarışda olan təqsirləndirilən şəxs tutularaq istintaqa cəlb edilib.

Naxçıvan Muxtar Respublikası    Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, istintaq bölməsinin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına əsasən təqsirləndirilən şəxsin barəsində Naxçıvan Şəhər Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin aliment ödənilməsi ilə əlaqədar olduğu, alimentin ödənilməməsində uşağın da mənafelərinin pozulduğu nəzərə alınaraq, bu cür işlərin icrası da daim nəzarətdə saxlanılır və qanunamüvafiq tədbirlər görülür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: