Minskdə MDB-yə üzv dövlətlərin ərazisində sanitar mühafizəsi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq
Fevralın 19-20-də Minskdə Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin ərazisinin sanitar mühafizəsi üzrə əməkdaşlığa dair Sazişin yenidən işlənməsi və razılaşdırılması məqsədilə yaradılmış ekspert qrupunun əlavə iclası keçiriləcək.
NUHÇIXAN MDB İcraiyyə Komitəsinin rəsmi saytına istinadla xəbər verir ki, MDB-yə üzv dövlətlərin ərazisinin sanitar mühafizəsi üzrə əməkdaşlığa dair Saziş 2001-ci ildə hökumət başçıları tərəfindən təsdiq edilib. Bu sənəd Birlik məkanında səhiyyə sahəsində əməkdaşlığa dair çox mühüm və zəruri sənədlərdən biridir.
Ərazilərin sanitar mühafizəsi təhlükəli infeksion xəstəliklərin keçməsi, əmələ gəlməsi və yayılması, üzv dövlətlərin ərazilərinə bu infeksiyaların keçməsi və aşkar olunması hallarının lokallaşdırılması və aradan qaldırılması, həmçinin əhalinin həyatı və sağlamlığı üçün təhlükəli olan malların gətirilməsi və yayılmasının qarşısının alınması istiqamətində təşkilati, inzibati, sanitar-gigiyena, profilaktik, epidemiya əleyhinə, müalicə-profilaktik, iqtisadi, mühəndis-texniki və digər tədbirlərin həyata keçirilməsini ehtiva edir.