Sinoptiklərdən xəbərdarlıq: Havanın temperaturu enəcək, sulu qar, qar yağacaq

A- A A+

Sinoptiklər ölkə ərazisində gözlənilən qeyri-sabit və əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən NUHÇIXAN-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 18-dən 19-na keçən gecədən başlayaraq fevralın 20-dək hava şəraitinin dəyişəcəyi, yağış yağacağı, yağışın sulu qara keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, sürəti saniyədə 15-20 metr olacaq, arabir 23-25 metrədək güclənəcək. Fevralın 19-da havanın temperaturu ötən günlərlə müqayisədə 6-8° enəcək, gün ərzində 2°-yə yaxın isti olacaq.

Azərbaycanın əsasən şimal və şərq rayonlarında fevralın 18-i axşamdan 20-si səhərədək havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı rayonlarda intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə sürəti arabir saniyədə 20-25 metrədək güclənəcək. Fevralın 19-da havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° enəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, fevralın 19-da Abşeron yarımadasında havanın təzadlı dəyişəcəyi, xəzri küləyinin güclənəcəyi və hava şəraitinin yağıntılı olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: