Audiovizual Şurada televiziya yayımçılarının məsul şəxsləri ilə görüş keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikası Audiovizual Şurasında ümumölkə yerüstü və peyk yayımında olan televiziya kanallarının (redaksiyalarının) məsul şəxsləri ilə görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətin həyatında mühüm əhəmiyyətə malik istiqamətlər üzrə qəbul olunmuş məqsədli dövlət proqramlarına, strategiya və fəaliyyət planlarına uyğun olaraq televiziya yayımçılarının üzərinə düşən vəzifələr və onların icrasına dair məsələlər diqqətə çatdırılıb.

Televiziya yayımında "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı"na uyğun, o cümlədən, uşaqların əqli, mənəvi və fiziki inkişafına mənfi təsir göstərən yayımlara qarşı mübarizəyə həsr olunan, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanunun tələbləri ilə bağlı, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə haqqında, gənclər arasında ailənin və nikahın əhəmiyyətinə, erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair, qızların təhsildən yayınması hallarının qarşısının alınması və gənclər arasında reproduktiv sağlamlıq istiqamətində maarifləndirməyə həsr olunan, gender bərabərliyi və gender əsaslı zorakılıqla mübarizə ilə bağlı mövzularda proqramların hazırlanması və yayımlanması sahəsində yayımçılara zəruri tövsiyələr verilmiş, həmçinin yayımçılar tərəfindən Audiovizual Şuraya təqdim olunan hesabatlara dair məsələlər müzakirə olunub. 

Görüşdə ümumölkə yerüstü və peyk yayımında olan televiziya kanallarının səlahiyyətli şəxsləri, Audiovizual Şuranın hüquq və kommunikasiya üzrə əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, görüşdə Naxçıvan televiziyasının Proqram, efirə buraxılış və əlaqələndirmə departamentinin rəhbəri İlkin Rzayev də iştirak edib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: