Naxçıvanda Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, fevralın 26-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət rəsmiləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları və ictimaiyyət nümayəndələri Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə Kompleksini ziyarət ediblər.

Abidə önünə güllər qoyulub, Xocalıda soyqırıma məruz qalmış soydaşlarımızın xatirəsinə ehtiram ifadə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: