Əsgərlər arasında “Vətəni tanı” intellektual oyunu keçirilib - FOTOLAR
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının əsgərləri arasında “Vətəni tanı” intellektual oyunu keçirilib. Oyundan əvvəl Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Tahir Məmmədli və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının zabiti mayor Fuad Heydərov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, intellektual oyunda iştirak edən əsgərlərə uğurlar arzulayıblar. Sonra iştirakçılar pazl şəklində olan Azərbaycanın xəritəsində müxtəlif rənglərdə göstərilən şəhər və rayonları müvafiq olaraq xəritə üzərində öz yerinə yerləşdirməklə vahid Azərbaycan xəritəsini tamamlayıblar. 20 əsgər arasından xəritəni daha tez tamamlayaraq qalib adını qazananəsgərlərə Gənclər və İdman Nazirliyinin diplom, fəxri fərman və hədiyyələri təqdim edilib.
Nəriman Nəcəfov