Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhər Heydər Əliyev prospekti ilə Atatürk küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. 

Qəza zamanı 75-BB-044 dövlət nömrə nişanlı "KİA Optima" markalı avtomobillə 75-BF-200 dövlət nömrə nişanlı "KİA Sportage" markalı avtomobil toqquşub. Hadisədə xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, dünən də eyni istiqamətdə zəncirvari qəza baş vermiş, 3 avtomobilin toqquşması nəticəsində bir nəfər xəsarət almışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: