Ailə dəyərləri ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Naxçıvan Mediasiya Təşkilatının və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə “Ailə dəyərləri və mediasiya: ailə birliyini gücləndirən yollar” mövzusunda maarifləndirici tədbir keçirilib. 

Tədbirdə Naxçıvan Müəllimlər İnstitutunun prorektoru Xəyal Camalov qonaqları salamlayıb və keçirilən tədbirin əhəmiyyətini vurğulayıb. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Eltun Həziyev çıxış edərək fundamental ailə dəyərlərimiz sisteminin tarixən formalaşmış prinsiplərindən bəhs edib, ailə dəyərlərimizin bu gün yaşadılaraq gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra Naxçıvan Mediasiya Təşkilatının mediatoru Orxan Abbasov çıxış edərək ailə dəyərləri və mediasiya ilə bağlı fikirlərini diqqətə çatdırıb, mediasiya institutunun müvafiq sahədə həyata keçirdiyi fəaliyyətlər barədə məlumat verib, milli dəyərlər, mediasiya və hüquq sisteminin həyata keçirilməsindən ətraflı bəhs edib. 

91 nəfərin yararlandığı tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ilə bağlı broşürlar paylanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: