Naxçıvanda ötən il sahibkarlıq sahəsində 47 plandankənar yoxlama aparılıb

A- A A+

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ötən il “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarış alınmaqla, 47 plandankənar (növbədənkənar) yoxlama aparılıb. 2024-cü ildə aparılmış yoxlama və digər nəzarət tədbirləri çərçivəsində 45 iş üzrə inzibati tənbehvermə haqqında qərar qəbul edilib və qanunvericiliyə uyğun cərimə tətbiq olunub.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Səfəralı Nəsirov 2024-cü ilin yekunlarına dair mətbuat konfransında deyib.

Agentliyin sədri qeyd edib ki, həyata keçirilmiş nəzarət tədbirləri çərçivəsində insan həyatı və sağlamlığına ciddi təhlükə yaradan qanun pozuntuları ilə əlaqədar 41 sayda məhdudlaşdırıcı tədbirin tətbiqi ilə bağlı 26 qərar qəbul edilib. Bu qərarların icrası nəticəsində həyata keçirilmiş məhdudlaşdırıcı tədbirlərin 2-si malın (mal partiyasının) dövriyyədən çıxarılması, 11-i malın (mal partiyasının) satışının qadağan edilməsi, 7-si malın (mal partiyasının) geri çağırılması, 16-sı iş personalının üzvünün (üzvlərinin) kənarlaşdırılması, 3-ü istehsalın dayandırılması, 1-i malın təkrar emalı, 1-i işlərin görülməsinin, xidmətlərin göstərilməsinin dayandırılması ilə bağlıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: