Şahbuz şəhərində uşaqlar üçün attraksionlar quraşdırılır - FOTOLAR

A- A A+

Ölkə başçısının regionların sosial-iqtisadi inkişafına, eyni zamanda quruculuq abadlıq işlərinin aparılmasına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq Şahbuz rayonunda bir sıra infrastruktur layihələrin həyata keçirilməsinə başlanıb.

NUHÇIXAN xəbər verir ki, Şahbuz Rayon İcra Hakimiyyətinin hazırladığı layihənin sifarişi əsasında Şahbuz şəhər Heydər Əliyev prospektində, Mikayıl Müşfiq və 28 May küçələrindəki yaşayış binalarının həyətlərində ümumilikdə 8 ədəd uşaqlar üçün attraksionun quraşdırılması nəzərdə tutulur. 

Hazırda şəhərin 28 May küçəsində yerləşən yaşayış binalarının həyətlərində 2 ədəd attraksionun quraşdırılması işləri aparılır. 

Qeyd edək ki, mart ayının sonuna qədər attraksionlar quraşdırılaraq uşaqların istifadəsinə veriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: