Naxçıvanda tələbələrlə narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici görüş keçirilib - FOTOLAR
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Baş Gömrük İdarəsinin təşkilatçılığı ilə “Narkomaniya ağ ölümdür! Özümüzü və yaxınlarımızı ağ ölümdən xilas edək!!!” mövzusunda Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutunun tələbələri ilə maarifləndirici tədbirlər keçirilib.
Hər iki tədbirdə narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə zərərləri, sosial-iqtisadi inkişafa mənfi təsirləri, insanların həyat və sağlamlığına yaratdığı təhlükə, həmçinin cinayətkarlığın artmasındakı rolu barədə ətraflı məlumat verilib.
Eyni zamanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində görülən işlər, mövcud normativ-hüquqi baza və onun təkmilləşdirilməsi istiqamətində atılan addımlardan bəhs edilib.
Tədbirlərdə mövzu üzrə təqdimatlar nümayiş etdirilib, tələbələrin sualları cavablandırılıb.