Şərurda evdən 8 min manatlıq oğurluq edən iki nəfər saxlanılıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, Şərur rayonu ərazisində yerləşən evlərin birindən ümumilikdə 8000 manatlıq nağd pul və qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. 

Şərur Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübəli bilinən, əvvəllər məhkum olunmuş Sərxan Tahirov və Emin İbrahimov saxlanılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. S.Tahirov və E.İbrahimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: