Naxçıvan şəhərində avtomobil iki yeniyetməni vurub.
NUHÇIXAN xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində baş verib.
Belə ki, avtomobil yolu keçən Babək rayon Güznüt kənd sakini, 2009-cu il təvəllüdlü Mustafayev Əli Zahid oğlunu və Naxçıvan şəhər sakini, 2008-ci il təvəllüdlü Abdullazadə Şahin İslam oğlunu vurub.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.