Naxçıvanın bəzi hissələrində su olmayacaq

A- A A+

Naxçıvan şəhərinin bəzi yerlərində içməli suyun verilişində fasilə yaranacaq.

NUHÇIXAN-ın məlumatına görə, Naxçıvan şəhəri Babək məhəlləsini içməli su ilə təmin edən magistral xətdə baş verən qəza ilə bağlı suyun verilməsində fasilə yaranacaq.

Qeyd edilib ki, bu gün saat 16:00-da başlayacaq təmir-bərpa işlərinin saat 19:00-da yekunlaşacağı planlaşdırılır.

Təmir işləri bitdikdən sonra suyun əvvəlki rejimlə verilməsi təmin olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: