Naxçıvanda 3 mart-Ümumdünya Vəhşi Təbiət Günü ilə əlaqədar biotexniki tədbir keçirilib - FOTOLAR

A- A A+

Çöl heyvanlarının sıx məskunlaşdığı və qalın qar örtüyünün müşahidə olunduğu ərazilərdə onların qida maddələrinə, həmçinin mineral duzlara olan ehtiyacının qismən ödənilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən biotexniki tədbirlər keçirilir.

NUHÇIXAN xəbər verir ki, biotexniki tədbir martın 3-də Şərur rayonunun Havuş kəndi yaxınlığındakı dağlıq ərazidə keçirilib.

Əraziyə Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının əməkdaşları tərəfindən 30 kip qaba yem və 350 kiloqram daşduz dağıdılıb.

Fauna ehtiyatlarının mühafizəsi və artırılması məsələsini daim diqqət mərkəzində saxlayan Nazirlik, biotexniki tədbirləri zərurət yaranan digər ərazilərdə də davam etdirəcəkdir.

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: