‘Nakhchivan Residence’də yeni həyat başlayır - FOTOLAR
Müsahibimiz “Nakhchivan Residence”in satış direktoru Samirə Musayevadır
Yeni mənzilin açarını alın və gələcəyə qapı açın!
Son illərdə Naxçıvanda tikinti sektoru sürətlə inkişaf edir. Bəs “Nakhchivan Residence” bu sahədə hansı fərqi göstərəcək?
Sakinlər bizdən təkcə ev yox, gələcəklərini, rahat və modern həyatı alırlar. Onlar bilirlər ki, 1 ildən sonra şəhərin ən prestijli yaşayış məkanında yaşayacaqlar. İnsana komfortlu yaşamaq üçün evdən başqa nə lazımdır? Geniş həyət, uşaq meydançaları, yeraltı və yerüstü avtodayanacaqlar, supermarketlər, qapalı və açıq hovuzlar, idman və istirahət zonaları, hətta uşaq bağçası! Bizim sakinlər bir mənzil almaqla bütün bunlara sahib olurlar. Üstəlik, layihənin lokasiyası da çox stratejidir. Şəhərin istənilən nöqtəsinə 5 dəqiqəyə çatmaq mümkündür. Ünvanımız Naxçıvan şəhərindəki 49-cu məhəllə - Perinatal mərkəzin lap yaxınlığındadır. 1, 2, 3, 4 və 5 otaqdan ibarət 5-12 mərtəbəli binalarımızda 1000-dən çox mənzil inşa edilməkdədir. ‘Nakhchivan Residence’ müasir şəhərsalmaya tam uyğun inşa edilir və sakinlərimizin hər ehtiyacını qarşılayacaq. Hətta yeraltı içməli su anbarları ilə sakinlərimizə heç vaxt su problemi yaşamayacaqlarını da vəd edirik.
‘Nakhchivan Residence’də mənzil alanlar ən çox nəyə dəyər verirlər?
Onların ilk reaksiyası belə olur: “Nə gözəl, həm şəhərin səs-küyündən uzaqdayıq, həm də hər şeyə əlçatan məsafədəyik!” Ən çox bəyənilən xüsusiyyətlərdən biri də kompleksin təhlükəsizliyi və müasirliyi ilə yanaşı, yaşıl ərazilərə geniş yer ayrılmasıdır. Kompleksdə uşaqlar meydançalarından tutmuş, yaşıl istirahət guşələrinə, basketbol və voleybol meydançalarına, fitness mərkəzlərinə və müxtəlif iaşə obyektlərinədək – hər şey “əlinizin altındadır”.
Sən də 1000-dən 1-i ol!
Yəni, əslində “Yeni Naxçıvan”, yeni həyat standartı qurulur?
Çox doğru ifadə etdiniz! Burada yaşamaq – gələcəyin Naxçıvanında yaşamaq deməkdir. Əziz naxçıvanlılar, əgər siz də bu müasir, prestijli, sosial imkanlarla zəngin kompleksdə 1000 sakindən biri olmaq istəyirsinizsə, tələsməlisiniz.
O zaman belə deyə bilərik: “1000 mənzil, 1000 ailə, 1000 yeni başlanğıc”? Mükəmməl şüardır! Bəli, buradakı hər mənzil bir başlanğıcdır. İnsanlar kompleksdən çıxmadan, hər şeyə bir addımlıqda sahib olacaqlar. İndi düşünün, qonşularınız da sizin kimi rahatlıq və keyfiyyət axtaran insanlardır. Burada uşağınızı rahatlıqla oyun meydançasına buraxırsınız, işdən sonra fitnes mərkəzində stressinizi atırsınız, gənclər öz hobbiləri və sosial həyatı üçün lazımi hər şəraiti burada tapırlar. Bunlar artıq xəyal deyil, bu, yaxın gələcəyin reallığıdır.
Kompleks hələ tikilməkdədir. Amma bildyimə görə, mənzillərin əksər hissəsi artıq satılıb.Maraqlıdır, insanlar hələ tamamlanmamış bir layihəyə niyə bu qədər güvənirlər?
Bizim müştərilərimiz əsasən iki şeyə önəm verirlər: komfort və dəyərli yatırım. Onlar bilirlər ki, artıq bir ildən sonra bu kompleksin mənzillərinin qiyməti astronomik artacaq. Layihənin şəksiz üstünlüyü isə 3 amili özündə birləşdirməsidir: məkan, rahatlıq və əlçatanlıq. Qürurla deyirik: Naxçıvanda keyfiyyətli infrastrukturun və yaşıl ərazilərin sintezini ilk dəfə ‘Nakhchivan Residence’də tətbiq edirik.
Əlçatanlıq demişkən,bayaqdan tərifləyirik, bəs qiymətlər və satış şərtləri necədir?
Ən gözəl tərəfi odur ki, bu lüks mənzillər müxtəlif büdcələrə uyğun şəkildə hazırlanıb. 1, 2, 3, 4 və 5 otaqlı mənzilləri ən sərfəli qiymətlərlə təklif edirik və ilkin ödənişlə rahat şərtlərlə ev almaq mümkündür. Ətraflı məlumat üçün rəsmi ofisimizə yaxınlaşa, və ya sosial şəbəkələrimizdən bizi izləyə bilərlər.
Nakhchivan Residence ilə təkcə evini yox, qonşularını da seçirsən
Mənzil alan sakinlərdən geri dönüşlər necədir? Görəsən onlar öz seçimlərindən razıdırlar? Bu da Nakhchivan Residence-nin ev sahiblərindən biri olan İlham Bədəlovdur.
Açığı, əvvəlcə tərəddüd edirdik. Axı bina hələ hazır deyil. Amma layihəni, təqdim edilən infrastrukturu görəndə tərəddüdlərimiz yox oldu. Ən vacib amil rahatlıq və komfortdur. Təsəvvür edin, ən müasir tələblərə cavab verən geniş mənzilimizlə birlikdə həm də uşaqlarımızın cangüvənliyinin, bağçalarının, məktəblərinin, asudəı vaxtlarının zövqlə keçirilməsinin də təminatını almış oluruq. Başqa nə lazımdır ki? Doğrudan, bu kompleksin lokasiyası da strateji baxımdan ideal yerdədir. Tələsin, qonşular, çünki tikinti bitdikdən sonra qiymətlər xeyli artacaq, seçim isə azalacaq. Sizi Nakhchivan Residence-də gözləyirəm, bura tam xəyalımdakı evdir, sərfəli qiymətə lüks yaşamın ünvanıdır!