Anasının işgəncə verdiyi azyaşlı onun əlindən alınıb, sığınacağa yerləşdirilib

A- A A+

Anasının işgəncə verdiyi azyaşlı onun əlindən alınıb, sığınacağa yerləşdirilib.

Bu barədə NUHÇIXAN-a Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyadan məlumat verilib.

Bildirilib ki, azyaşlı hüquq-mühafizə orqanları ilə komissiyanın birgə qərarı əsasında sığınacağa yerləşdirilib:

"Hazırda məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, o cümlədən hüquq-mühafizə orqanlarının nəzarətindədir. Hadisə barədə Suraxanı Rayon Prokurorluğuna da məlumat verilib".

Eyni zamanda qeyd olunub ki, azyaşlının ancaq bir valideyni - anası haqqında məlumat var, atası ilə bağlı hansısa informasiya yoxdur.

Xatırladaq ki, sosial şəbəkələrdə bir neçə gün əvvəl azyaşlıya fiziki və psixoloji şiddət göstərilməsi ilə bağlı məlumat yayılıb. Ana Fatimə Ramazanova çəkdiyi və uşağın bir ayağı üstə küncə qoyulduğu görüntüdə azyaşlını döydüyünü, bədənində salamat yerin olmadığını etiraf edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: