Kəngərlidə yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər xəsarət alıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, hadisə rayonun Xok kəndində qeydə alınıb. 74-BC-182 dövlət nömrə nişanlı "Mercedes" markalı avtobus yol kənarında dayanan 74-BB-827 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilə çırpılıb. Qəza zamanı xəsarət alan Əhmədov Şakir Qorxmaz oğlu xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.