Martın 5-6-da Naxçıvan Muxtar Respublikasında gözlənilən küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq verilib.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən NUHÇIXAN-a verilən məlumata görə, muxtar respublikanın bütün rayonlarında dağlıq ərazilərdə fasilələrlə qərb küləyi əsəcək. Bəzi yerlərdə küləyin sürəti 15-20 m/san təşkil edəcək.
Qərb küləyinin fonunda temperaturun tədricən yüksələcəyi gözlənilir ki, bununla bağlı yüksək dağlıq ərazilərdə qar uçqunun olması ehtimalı var.