Şərur rayonunda kompleks baytarlıq tədbirləri görülüb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti Şərur rayonunda kompleks baytarlıq tədbirləri həyata keçirib. Məqsəd sərhədyanı ərazilərdə qonşu ölkələrdən çöl quşları və vəhşi heyvanlar vasitəsilə keçə biləcək xəstəliklərin qarşısını almaq, qabaqlayıcı profilaktiki tədbirlər görməkdir. Bu məqsədlə mütəxəssislər Şərur Rayon Baytarlıq idarəsinin əməkdaşları ilə birlikdə mövcud sututarlarda, göl və çay kənarlarında monitorinqlər aparıb. Monitorinq zamanı ərazilərdə ölmüş çöl heyvanlarına və quş cəsədlərinə rast gəlinməyib. Bundan əlavə bir çox yerlərdə xəstəliktörədicilərə və mikroblara qarşı dezinfeksiya işləri də həyata keçirilib.

Kompleks baytarlıq tədbirləri çərçivəsində rayonun Tumaslı və Diyadin kəndlərində ayrı-ayrı fərdi təsərrüfatlarda əkin zamanı üzvi gübrələrdən istifadə məsələləri önə çəkilib. Həmçinin qaramalda qarayara xəstəliyinə qarşı peyvəndləmə tədbirlərinin aparılması və tövlələrdən çıxarılan peyinin baytarlıq sanitariya qaydalarına uyğun olaraq biotermiki üsullarla zərərsizləşdirilərək gübrə kimi istifadə edilməsinin əhəmiyyəti vurğulanıb.

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: