Naxçıvan-Çalxanqala avtomobil yolunun kənarında yeni tut bağı salınacaq - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Naxçıvan-Çalxanqala avtomobil yolunun sağ kənarındakı 2 hektarlıq ərazidə torpaq hazırlıq işləri görülüb.

Bu barədə NUHÇIXAN-a Nazirliyin mətbuat xidmətindən bildirilib.

Vurğulanıb ki, 4*4 metr əkin sxemi (cərgə və cərgələrarası məsafə 4 metr) ilə salınacaq yeni tut bağında xüsusi texnikaların köməyi ilə çalalar qazılıb, arxlar çəkilib, damcılı suvarma sistemi quraşdırılıb və digər zəruri işlər icra olunub. Bu il meşəsalma və meşəbərpa tədbirlərinin həyata keçirilməsi ilə bağlı ilkin qiymətləndirmə işləri aparılıb, ərazilər müəyyənləşdirilərək KMZ formatda xəritələri hazırlanıb.

Qeyd edək ki, muxtar respublika ərazisində 408 hektarda 118 mindən çox tingin əkilməsi, 58 hektarda isə yeni bağların salınması planlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: