Tələbə-jurnalistlər Naxçıvan televiziyasında təcrübə keçirlər - FOTOLAR

A- A A+

Naxçıvan Dövlət Universitetinin jurnalistika ixtisası üzrə təhsil alan dördüncü kurs tələbələri Naxçıvan teleradiosunun müxtəlif redaksiyalarında təcrübələrə cəlb ediliblər.

NUHÇIXAN xəbər verir ki, tələbələr xəbərlərin çəkilişi və hazırlanması, müsahiblərlə iş, montaj, təqdimat və nitq mədəniyyəti üzrə praktik fəaliyyətləri mənimsəyir, veriliş və proqramların hazırlanmasında iştirak edirlər. Səlis nitq və təqdimat üzrə təlimlər teleaparıcı Vüsalə Səid tərəfindən keçirilir. 

Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Sahil Tahirli təcrübəçi tələbələrlə görüşündə bildirib ki, son illər Naxçıvan Dövlət Universitetinin jurnalistika ixtisasını bitirən 20-dən artıq məzun Naxçıvan televiziyasında işlə təmin edilib. Hazırda təcrübə keçən tələbələrin 4 nəfəri - Əli Yarıyev, Şəfa Səfərova, Sacidə Hüseynova və Tərlan İbrahimova isə artıq 2 ildir ki, televiziyada yarım ştat vahidi ilə işləyirlər. 

Görüşdə bu il Milli Mətbuatın 150 illik yubileyinin keçiriləcəyi qeyd olunub, yeni nəsil gənc jurnalistlərin bu şərəfli tarixin daşıyıcıları olduqları diqqətə çatdırılıb. 

Tələbələr hazırladıqları sujet, veriliş və təqimatlar barədə məlumat verib, təcrübə müddətində birgə videoçarx və qısametrajlı filmlər hazırlayacaqlarını vurğulayıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: