Növbəti biotexniki tədbir Culfa rayonu ərazisində keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən çöl heyvanlarının sıx məskunlaşdığı və qalın qar örtüyünün müşahidə olunduğu ərazilərdə yabanı faunanın qida və mineral duz tələbatını qismən ödəmək üçün daha bir biotexniki tədbir keçirilib. Culfa rayonunun Ləkətağ kəndi yaxınlığındakı dağlıq əraziyə çöl heyvanları üçün 25 kip qaba yem və 300 kiloqram daşduz dağıdılıb.
Fauna ehtiyatlarının mühafizəsi və artırılması məsələsini daim diqqət mərkəzində saxlayan Nazirlik, biotexniki tədbirləri zərurət yaranan digər ərazilərdə də davam etdirəcəkdir.