İmişli rayonunda dəm qazından zəhərlənənin şəxsin kimliyi məlum olub.
NUHÇIXAN-ın məlumatına görə, TƏBİB onun səhhəti ilə bağlı açıqlama verib.
1989-cu il təvəllüdlü şəxs (kişi cinsli) bu gün saat 21:30 radələrində dəm qazından zəhərlənmə şübhəsilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Ona qazdan zəhərlənmə diaqnozu təyin edilib. Hazırda yaralının müalicəsi müvafiq şöbədə davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, yaralı ailə başçısı Vaqif Azadovdur.
Ölən şəxslərin kimliyi dəqiqləşdirilir.