Lerikdə zəlzələ olub

A- A A+

Lerik rayonunda 4 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə NUHÇIXAN-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

“Zəlzələlərin tətqiqatı bürosunun məlumatına əsasən Yardımlı stansiyasından 11 km cənub-qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentirdə 4, Lerik, Yardımlı və digər rayonlarda 3-4 bala qədər hiss olunub.”, – Mərkəzin məlumatında diqqətə çatdırılıb.

Yerli vaxtla 07:49-da qeydə alınmış yeraltı təkanların ocağı 15 km dərinlikdə yerləşib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: