Naxçıvanda ötən sutka ərzində 8 yanğın hadisəsi olub - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasında (MR) ötən sutka ərzində 8 yanğın hadisəsi qeydə alınıb.

Nazirlikdən NUHÇIXAN-a verilən məlumata görə, ötən sutka ərzində “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında nazirliyin yanğından mühafizə bölmələri tərəfindən 8 yanğın hadisəsinə çıxış həyata keçirilib.

Belə ki, Ordubad rayon Dəstə, Aza, Şərur rayon Kərimbəyli, Zeyvə, Sərxanlı kəndlərində quru otlaq, Babək rayon Zeynəddin, Sədərək rayon Sədərək kəndlərində ot bağlamalarında, Şahbuz rayon Badamlı kəndində isə yardımçı tikilidə yanğın hadisələri baş verib.

Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi təmin edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: