Şərurda fərdi yaşayış evində yanğın olub, 83 yaşlı kişi yanaraq ölüb

A- A A+

Şərur rayonunda fərdi yaşayış evində yanğın olub, 83 yaşlı kişi yanaraq ölüb.

NUHÇIXAN-ın məlumatına görə, hadisə Şərur şəhərində fərdi yaşayış evində qeydə alınıb.

Baş verən yanğın nəticəsində Şərur rayonu Yengicə kənd sakini, 1942-ci il təvəllüdlü Əbülfəz Məmməd oğlu Əliyev yanaraq ölüb.

İlkin məlumata görə, yanğın elektrik sobasındakı nasazlıqdan baş verib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: