Naxçıvan nümayəndəliyinin rəhbəri rəsmi qəbulda iştirak edib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Litva Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri Valdas Lastauskas bu ölkənin milli bayramı-Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edib. Səfirin dəvətilə Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov rəsmi qəbulda iştirak edib.