Böyümüş adenoidlər hansı fəsadlar törədir?

A- A A+

Adenoidlər - burun boşluğunun ağız boşluğuna keçdiyi yerdə limfatik toxumaların toplusudur. Adenoidlər mühafizə rolunu oynayır.

NUHÇIXAN xəbər verir ki, Nəfəsalma zamanı (burun vasitəsilə) havadan orqanizmimizə müxtəlif mikroblar və infeksiyalar daxil olur. Adenoidlər immun sisteminə aiddir. Onlar filtr funksiyasını yerinə yerirərək bu mikrobları orqanizmə buraxmır və onları zərərsizləşdirir.

Xəstələnmə zamanı adenoidlər böyüyür (şişir), uşaq sağaldıqda isə adenoidlər öz normal ölçülərinə qayıdır. Lakin xəstəliklər arasında az vaxt keçdikdə adenoidlər öz normal ölçülərinə qayıdmağa çatdırmır və böyümüş vəziyyətdə qalırlar. Buna "adenoilərin hipertrofiyası" deyilir. Bu daim baş verdikdə adenoidlər daha da böyüyür, iltihablaşır və artıq müdafiə funksiyanı yerinə yetirmir, əksinə infeksiya mənbəyinə çevrilir. Bu problemə adətən 1-14 yaşlar arası uşaqlarda rast gəlinir. Adenoidlərin böyüməsinin ilk simptomlarında (uşaq daim və ya tez-tez ağızla nəfəs alır, uşaqda tez-tez zökəm olur, uşaq burnunda danışır və s.) uşağı dərhal LOR həkiminə göstərmək lazımdır.

Böyümüş adenoidlər uşağın sağlamlığı üçün olduqca təhlükəlidir, müxtəlif ağır fəsadların inkişafına səbəb ola bilər. Bu fəsadların arasında:

- İmmunitetin zəifləməsi. Uşağın orqanizmində xroniki infeksiya mənbəyi olduqda bu immun sisteminin zəifləməsinə səbəb olur. Bu infeksiya mənbəyindən mikroblar qan axını ilə daim orqanizmə yayılır və müxtəlif orqanlarda iltihablar yaradır.

- Eşitmənin pozulması. Böyümüş adenoidlər eşitmə borusununu tutur ki, nəticədə uşağın eşitməsində problemlər yaranır.

- Əsəbilik. Nəfəsalma ilə problemlər olan uşaqlar əsəbi olur, gecə pis yatır, tez-tez oyanırlar. Belə uşaqlar yuxuda boğulur, tez-tez pis qorxulu yuxular görürlər.

- İştahasızlıq. Adenoidlər böyüdükdə uşaq burunla rahat nəfəs ala bilmir. Nəticədə uşaq yemək yedikdə əziyyət çəkir və bu səbəbdən yeməkdən imtina etməyə başlayır.

- Sübut olunub ki, burun nəfəsalması pozulduqda insan onun beyinin normal fəaliyyəti üçün lazım olan oksigeni tam ala bilmir (burun nəfəsalması daha dərindir, ağız nəfəsalması isə daha səthidir). Nəticədə beyinin hipoksiyası (oksigenin çatışmazlığı) yaranır. Hipoksiyanın nəticəsində uşaqda əqli fəaliyyəti, yaddaş, diqqət pozulur, uşaq tez yorulur, yuxulu, əsəbi olur, uşaqda baş ağrıları olur. İltihablaşmış adenoidlərdən əziyyət çəkən uşaqların bir çox hissəsi məktəbdə pis oxuyur.

- Nitqin pozulması. Belə uşaqların nitqi aydın olmur, onları bəzi səsləri yaxşı tələffüz etmir, burunda danışır.

- Tez-tez təkrarlanan nəfəsalma yollarının iltihabları (faringit, laringit, traxeit, bronxit). Adenoidlərin xroniki iltihabı burada daim seliyin və irinin yığılmasına səbəb olur. İrin və selik nəfəsalma sisteminin aşağı hissələrinə axır və burada iltihablar yaranır.

- Adenoidit bir çox hallarda tez-tez təkrarlanan otitin səbəbi olur. Böyümüş adenoidlər eşitmə borusunu bağlayır ki, nəticədə burada durğunluq və iltihab yaranır.

- Üz skeletinin inkişafının pozulması. Müalicəsiz qalmış adenoidlərə görə uşağın aşağı çənəsi tədricən uzanır və ensiz olur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: