Sədərəkdə yerləşən kafedə ciddi nöqsanlar aşkarlanıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Sədərək rayonu, Heydərabad qəsəbəsində fəaliyyət göstərən, İbrahimov Orxan Nurəddin oğluna məxsus kafede Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub.

Belə ki, kafede sanitar-gigiyenik normalara əməl olunmadığı, işçilərin tibbi müayinədən keçmədiyi, döşəmə, tavan və divar səthlərinin təmirsiz olduğu, müvafiq təmizlik işlərinin aparılmadığı, pəncərələrin qoruyucu örtüklə təmin edilmədiyi, mexaniki havalandırma sisteminin nasaz və yetərli olmadığı, alət və avadanlıqların korroziyaya uğradığı və vaxtında təmizlənmədiyi, tullantılar üçün ağzı kip, qoxu yaymayan qablarla təmin edilmədiyi aşkarlanıb.

Aşkar olunmuş nöqsanlarla bağlı müvafiq tədbirlər görülmüş və kafenin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək dayandırılmışdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: