Babək rayonunda çağırışa gedən təcili tibbi yardım avtomobili qəzaya uğrayıb, xəsarət alanlar var - FOTOLAR

A- A A+

Naxçıvanda çağırışa gedən təcili tibbi yardım avtomobili qəza törədib, 2 nəfər xəsarət alıb.

NUHÇIXAN xəbər verir ki, hadisə Babək rayonu ərazisində baş verib.

Çağırışa gedən markalı təcili tibbi yardım avtomobili "Mercedes" avtomobili ilə toqquşub.

Hadisə nəticəsində təcili tibbi yardım avtomobilində olan Bəbək rayonu, Zeynəddin kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədova Fatma Talıb qızı və Badaşqan kənd sakini, 1988-ci il təvəllüdlü Novruzov Namiq Paşa oğlu xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: