Kəngərli rayonunda fərdi yaşayış evində yanğın olub - FOTOLAR
Kəngərli rayonu Xok kəndində fərdi yaşayış evində yanğın olub.
NUHÇIXAN xəbər verir ki, məlumatla əlaqədar dərhal Kəngərli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq, həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının genişlənərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb, yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 230 m² olan yaşayış evinin 99 m² hissəsi yanıb, 131 m² isə yanğından mühafizə olunub.