Naxçıvanda zəncirvarı qəza olub, bir nəfər xəsarət alıb - FOTOLAR

A- A A+

Naxçıvan şəhərində zəncirvarı qəza olub, bir nəfər xəsarət alıb.

NUHÇIXAN xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb.

İşıqforda hərəkətdə olan 67-BJ-719 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil, 68-BC-663 dövlət nömrə nişanlı "KIA" markalı avtomobil və "Toyota" markalı avtomobil toqquşub. Qəza nəticəsində Kəngərli rayon Qıvraq qəsəbə sakini, 2000-ci il təvəllüdlü Məmmədova Mirvari Nəhayət qızı xəsarət alıb.

O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: