“İlandağ” geoloji parkının rəqəmsal xəritəsi yenidən hazırlanıb

A- A A+

Naxçıvanda yaradılması nəzərdə tutulan “İlandağ” geoloji parkının rəqəmsal xəritəsi və parkın hüdudları daxilində yerləşən obyektlərin pasportu yenidən hazırlanıb.

NUHÇIXAN xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikasının (MR) ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev deyib.

O bildirib ki, bu çərçivədə sənədləşmə işlərinin UNESCO-nun tələblərinə uyğun aparılması üçün donor təşkilat axtarılır:

“Həmçinin Əlincə dağına status verilməsi ilə bağlı tərəfimizdən zəruri işlər aparılıb. Nəticədə Nazirlər Kabinetinin müvafiq qərarı ilə oraya respublika əhəmiyyətli təbiət abidəsi statusu verilib.

“Əlincədağ” təbiət abidəsinin ərazisinə aidiyyəti qurumlarla birlikdə baxış keçirilib, müvafiq ölçü işləri aparılıb, təbiət abidəsinin yerquruluşu planı və pasportu hazırlanıb.

Eyni zamanda, təbiət abidəsinin yerləşdiyi ərazinin torpaq mülkiyyətçisi ilə mühafizə öhdəliklərini müəyyən edən müqavilə imzalanıb, giriş hissəyə məlumat lövhəsi quraşdırılıb”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: