Şərur musiqiçiləri Sədərəkdə konsert veriblər

A- A A+

NUHÇIXAN xəbər verir ki, Sədərək Rayon Mədəniyyət Sarayında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyinə həsr olunmuş konsert proqramı  olub. Şərur Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan musiqi kollektivləri sədərəklilərə mahnı və şeirlə zəngin olan maraqlı repertuar təqdim ediblər.

“Arpaçay” instrumental ansamblının müşayiəti ilə müğənnilər Cabbar Əliyev, Coşqun Hüseynov, Fərman Allahverdiyev, Səbuhi Baxşəliyev bəstəkar və xalq mahnıları ifa ediblər. Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Kimya Babayevanın ifa etdiyi “Azərbaycanım”, “Dilbərim”, “Can Azərbaycan”, “Ay ceyranım”, “Ana yurdum”, “Naxçıvanım” və başqa mahnılar alqışlarla qarşılanıb.

Şərur Rayon Mədəniyyət Sarayının bədii rəhbər-rejissoru Nəsimi Məmmədzadə və Şərur Rayon Xalq Teatrının rejissoru, Azərbaycan Respublikasının Əməkdar artisti Nemət İslamoğlu tamaşaçılara Azərbaycan poeziyasından nümunələr təqdim ediblər.

Konsertdə Şərur Xalq Yallı Ansamblı “Söylə” və “Köçəri” yallılarını ifa ediblər.

 

Əli Rzayev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: