İranda Novruz çərşənbələrinə aid mərasimlərdə ölənlərin sayı 19-a, xəsarət alanların sayı isə 5 min 500-ə çatıb.
NUHÇIXAN xəbər verir ki, məlumatı “Tasnim” yayıb.
Bildirilib ki, ümumilikdə 14 təcili tibbi yardım avtomobili zədələnib.
Məlumata görə, ölkənin əsas əyalətlərində - Tehranda 1 049, Şərqi Azərbaycanda 866, Qərbi Azərbaycan bölgəsində isə 620 nəfər xəsarət alıb.