Ədliyyə xidmətlərindən qeyri-iş günlərində də faydalanmaq olacaq

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qrafikə uyğun olaraq vətəndaşlara qeyri-iş günlərində də ədliyyə xidmətləri göstəriləcəkdir.

Bu çərçivədə Naxçıvan “ASAN xidmət” mərkəzində yerləşən Qeydiyyat Şöbəsi Novruz bayramı günlərində 25-26 mart 2025-ci il tarixlərində fəaliyyət göstərəcək.

Muxtar Respublikada fəaliyyət göstərən notariat ofisləri isə aşağıdakı növbəli iş qrafikinə uyğun fəaliyyət göstərəcəklər:

Naxçıvan şəhər 3 saylı Notariat Ofisi – 22, 23, 24 mart 2025-ci il

Naxçıvan “ASAN xidmət” Mərkəzində Notariat Ofisi – 25, 26, 27, 28 mart 2025-ci il

Babək rayon Notariat Ofisi – 24,28 mart 2025-ci il

Ordubad rayon Notariat Ofisi – 24, 25, 26 mart 2025-ci il

Şərur rayon 1 saylı Notariat Ofisi – 22, 25, 27, 29, 31 mart 2025-ci il

Şərur rayon 2 saylı Notariat Ofisi – 20, 24, 26, 28 mart 2025-ci il

Şahbuz rayon Notariat Ofisi – 22, 23, 29, 30 mart 2025-ci il

Vətəndaşlar göstərilən tarixlərdə müvafiq notariat ofislərinə müraciət edə bilərlər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: