Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində kirayə verilmiş mənzildə tək qalan azyaşlı oğlan uşağı aşkarlanıb.
NUHÇIXAN-ın məlumatına görə, evi kirayə götürən qadın uşağını 3 gün öncə evdə qoyaraq başqa yerə gedib.
Qonşular tərəfindən aşkarlanan uşaq polis tərəfindən xəstəxanaya yerləşdirilib. Ona lazımı tibbi yardım göstərilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan NUHÇIXAN-ın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşlar tərəfindən Tovuz rayon Polis Şöbəsinə kənd ərazisində yerləşən mənzillərin birində valideyni tərəfindən tənha buraxılan azyaşlının olması barədə məlumat daxil olub.
"Dərhal polis əməkdaşları sözü gedən ünvana gediblər və orada 1 yaş 2 aylıq oğlan uşağının olmasını aşkarlayıblar. Uşaq əməkdaşlar tərəfindən xəstəxanaya çatdırılıb. Ona tibbi yardımlar göstərilib, uşağın sağlamlığında həyatı təhlükə olmadığı məlum olub. Rayon ərazisində fəaliyyət göstərən kafelərin birində çalışan uşağın anası ilə profilaktik söhbətlər aparılıb və sonradan uşaq anasına təhvil verilib"