BMT Baş Assambleyasının 2010-cu ildə baş tutan 64-cü sessiyasında martın 21-i Beynəlxalq Novruz Günü elan olunub.
NUHÇIXAN-ın məlumatına görə, bundan əvvəl 2009-cu ildə Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
“Yeni gün” mənası verən Novruz dünyada 300 milyondan artıq adam tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur.
Bu bayram 3 min ildir ki, Qafqazda, Balkan, Qara dəniz hövzəsi, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda qeyd edilir.