Naxçıvan şəhərinin bəzi yerlərində içməli suyun verilişində fasilə yaranacaq.
NUHÇIXAN-ın məlumatına görə, Naxçıvan şəhərinin Əliqulu Qəmküsar küçəsi, Babək və Əlincə məhəlləsini içməli su ilə təmin edən magistral xətdə baş verən qəza ilə bağlı martın 22-də suyun verilməsi dayandırılacaq.
Qeyd edilib ki, təmir-bərpa işlərinin gün ərzində yekunlaşdırılması planlaşdırılır.