Qar uçqununda həlak olan hərbi qulluqçu Rüstəm Həmidov Bərdədə torpağa tapşırılıb - FOTOLAR

A- A A+

Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçusu Həmidov Rüstəm Ruslan Bərdədə dəfn edilib.

NUHÇIXAN-ın məlumatına görə, vida mərasimində Bərdə Rayon İcra Hakimiyyətinin, YAP Bərdə Rayon təşkilatının, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, rayon sakinləri və hərbiçilər iştirak edib.

Cənazə namazından sonra Rüstəm Həmidov Güloğullar kənd qəbirstanlığında dəfn edilib. Ruhuna dualar oxunub, məzarının üzərinə əklil qoyulub, gül dəstələri düzülüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: