Naxçıvanda dönərxanada kütləvi qida zəhərlənməsi baş verib

A- A A+

NUHÇIXAN-ın məlumatına görə, Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzindən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə daxil olmuş məlumata əsasən ikisi azyaşlı olmaqla altı nəfərin dönərdən zəhərləndiyi bildirilib.

Agentlik əməkdaşlarının apardığı araşdırmalar zamanı hadisənin Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən “Hilal kafe”də baş verdiyi məlum olub.

Faktla bağlı Agentlik tərəfindən araşdırmalar aparılır və nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: