Ermənistanda müxalifətçilər seçkilərlə əlaqədar kütləvi şəkildə saxlanılıb

A- A A+

Ermənistanda “Ana Ermənistan” müxalifət blokunun 12 tərəfdarı saxlanılıb.

NUHÇIXAN yerli mətbuata istinadən xəbər verir ki, bunu blokun Gümrü meri vəzifəsinə namizədi Karen Simonyan deyib.

O, qeyd edib ki, blokun saxlanılan fəallarından olan Emmaq Qriqoryan azad edilib: “O, iki övladının gözləri qarşısında stresd keçirdikdən sonra həbs edilib, lakin evdə heç nə tapılmayıb".

Ermənistan Daxili İşlər Nazirliyinin Kriminal Polisi və Milli Təhlükəsizlik Xidmətinin məlumatlarına görə, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi seçki rüşvətinin verilməsi və alınması, habelə seçkilər zamanı xeyriyyəçiliklə bağlı qadağanın pozulması faktları üzrə cinayət işləri başlayıb.

Komitə bildirib ki, seçiciyə Gümrü Ağsaqqallar Şurasına növbədənkənar seçkilərdə namizədliyi irəli sürülmüş partiyaya səs vermək şərti ilə seçici rüşvəti təklif edilib. Həmin icmanın Ağsaqqallar Şurasına deputatlığa namizədliyi irəli sürülmüş partiya üzvünün, eləcə də etibar etdiyi şəxsin xeyriyyə adı altında seçicilərə pul vəd etməsi, əmtəə kimi odun verməsi, küçələrdə asfalt işləri aparması, kostyum və digər əmlak alması barədə də məlumat daxil olub.

Qeyd edək ki, bu gün “Ana Ermənistan” səhər saatlarında hüquq-mühafizə orqanları əməkdaşlarının blokun ofisinə gələrək qərargah rəhbəri Ara Voskanyanın mənzilində və “Ana Ermənistan” alyansının baş ofisində axtarış aparması barədə məlumat yayıb. Eyni zamanda “Ana Ermənistan”ın bir neçə tərəfdarının mənzillərində də axtarışlar aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: